📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətər-2022-də stadionlarda haram içkilərin satışı yasaqlanacaq

2022-07-08 12:09:00

Qətər-2022-də stadionlarda haram içkilərin satışı yasaqlanacaq

Hurriyyet.az xəbər verir ki, Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı zamanı stadionlarda alkoqollu içkilərin satışı qadağan ediləcək. Bu barədə məlumatı “Röyters” mənbələrə istinadla verib.

Agentlik yazır: “Planlar hələ hazırlanmaqdadır, lakin hazırda vəziyyət elədir ki, fanatları stadion ərazisinə daxil olmazdan əvvəl və oradan çıxandan sonra pivə içə bilərlər, lakin arenalarda və oyunların gedişində spirtli içkilər satılmayacaq”.

Bununla belə, Dohada FİFA-nın fan-zonalarının müəyyən hissələrində və bəzi xüsusi ayrılmış yerlərdə məhdud zaman müddətində alkoqol satılacaq.

Hürr Tərcüman