📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətər, ABŞ və İsrail arasında danışıqlar gedir

2023-12-19 13:32:35

Qətər, ABŞ və İsrail arasında danışıqlar gedir

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İsrailin Rusiyadakı səfiri Aleksandr Ben Svi “Rossiya-24” kanalına müsahibəsində İsrail, ABŞ və Qətərin Qəzza bölgəsində atəşkəs əlsə edilməsi barəsində danışıqlar apardıqlarını deyib. Onun sözlərinə görə, danışıqların bu kontekstində HƏMAS ilə İsrail arasında sülhdən söhbət gedə bilməz.  Səfir bildirib ki, danışıqların əsas mövzusu Qəzza bölgəsində atəşkəs əldə edilməsi və girovların dəyişdirilməsidir: “Sülh danışıqları aparılmır. HƏMAS-la sülhdən söhbət gedə bilməz. İndi bəzi danışıqlar aparılır. Bizim “Mossad”ın şefi (David Barnea) MKİ-nin şefi (ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı Vilyan Berns) və Qətərin Baş naziri (Məhəmməd bin Əbdülrəhman Əl Tani) hazırda məhz atəşin dayandırılması və girovlarımızın azad edilməsinin həll yolunu tapmaq üçün danışıqlar aparırlar”.

Hürr Tərcüman