📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu

2026-03-02 21:01:40

Qətər İran ərazisindən uçan iki Su-24 təyyarəsini vurdu

Qətər İran tərəfindən uçan iki Su-24 təyyarəsini vurub.

Hurriyyet.info xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "X"də məlumat yayıb.

"Yüksək döyüş hazırlığı səviyyəsi və müvafiq qurumlar arasında birgə koordinasiya sayəsində Qətər Əmirliyinin Hərbi Hava Qüvvələri İran tərəfindən uçan iki təyyarəni (SU-24) uğurla vurub. Həmçinin HHM sistemləri 7 ballistik raketi və 5 pilotsuz uçuş aparatını uğurla ələ keçirib", - məlumatda bildirilib.

Nazirlik vurğulayıb ki, təhdid əməliyyat planına uyğun olaraq dərhal aradan qaldırılıb və bütün raketlər hədəflərinə çatmadan vurulub.