Qətər İran rəsmilərini "persona non grata" elan etdi - Və 24 saat vaxt verdi
2026-03-19 12:55:52
Qətər İranın hərbi və təhlükəsizlik attaşelərini "persona non grata" elan edib və onlara 24 saat ərzində ölkəni tərk etmələrini əmr edib.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.
Açıqalmada deyilir ki, “Bu qərar İranın Qətər Dövlətinə qarşı təkrarlanan hücumlarına və kobud təcavüzünə cavabdır”. Nazirlik İranı "düşmən yanaşmasını" davam etdirməmək barədə xəbərdar edib, əks halda Qətər "suverenliyini, təhlükəsizliyini və milli maraqlarını qoruyan şəkildə cavab verəcək”.