📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları təxliyə ediləcək

2026-03-06 14:25:31

Qətər, Küveyt və Bəhreyndə qalan Azərbaycan vətəndaşları təxliyə ediləcək

“Martın 4-də 209 nəfər Səudiyyə Ərəbistanının Ciddə şəhərindən təxliyə edildi".

Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, Qətərdə qalan Azərbaycan vətəndaşları var idi: “7 martda Qətərdə qalan vətəndaşlarımız Ciddədən təxliyə ediləcək. Küveytdə, Bəhreyndə də qalan insanlar var, onların da hamısının Ciddəyə gətirilərək təxliyəsi planlaşdırılır”.