Qətər və İran rəsmilərinin telefon danışığı baş tutub
2024-08-16 10:47:58
Qətərin baş naziri əl-Tani İranın xarici işlər naziri vəzifəsini icra edən Baqeri Kani ilə telefonla danışıb. Söhbətdə Qəzza zolağında və Yaxın Şərqdə baş verən son hadisələr müzakirə edilib.
Eyni zamanda, İsrailin Yneti qeyd edir ki, əl-Tani yüksək səviyyəli İran rəsmilərinə atəşkəs danışıqlarında “müəyyən irəliləyiş” əldə edildiyini deyib. Onun sözlərinə görə, Tehran “Hizbullahın indi İsrailə hücum edib-etməyəcəyi barədə diqqətlə düşünməlidir”.
Avqustun 15-də Qəzza zolağında atəşkəslə bağlı danışıqlar aparmaq üçün Qətərin paytaxtı Dohada ABŞ, İsrail, Misir və Qətər nümayəndələrinin dördtərəfli görüşü keçirilib. Danışıqların ikinci raundu bu gün baş tutacaq.
Lalə, Hurriyyet.az