📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətərin baş naziri Tehrana gedir

2026-08-27 14:04:24

Qətərin baş naziri Tehrana gedir

Qətərin Baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman Əl-Tani fevral ayında regional münaqişə başlayandan bəri ilk dəfə bu gün Tehrana səfər edəcək.

Hurriyyet.media  xəbər verir ki, məlumatə Qətər Xarici İşlər Nazirliyinin sözçüsü Məcid bin Məhəmməd Əl-Ənsari açıqlayıb: "Qətərin baş naziri və xarici işlər naziri sabah Tehrana səfər edəcək. Onun regionda gərginliyin azaldılması və Hörmüz boğazında sərbəst gəmiçiliyin təmin edilməsi məsələlərini müzakirə etməsi gözlənilir".

Əl-Ənsari əlavə edib ki, baş nazirin İrana səfəri Qətərin münaqişələrin "diplomatik həllinə sadiqliyini" təsdiqləyir.