📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətərin bir neçə bölgəsində təxliyəyə başlanılıb

2026-03-14 12:26:43

Qətərin bir neçə bölgəsində təxliyəyə başlanılıb

Qətərin bir sıra bölgələrində müvəqqəti təxliyəyə başlanılıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Qətərin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında deyilir.

"Xarici təhlükə aradan qaldırılana qədər bir sıra bölgələr müvəqqəti təxliyə edilməlidir", - məlumatda qeyd olunub.

Bununla belə, konkret olaraq hansı bölgələrin təxliyə tədbirlərinə cəlb edildiyi barədə məlumat dəqiqləşdirilməyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatına başladığını açıqlayıb.