📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətl törədilən məktəbin şagirdi intihar etdi

2024-02-09 16:29:38

Qətl törədilən məktəbin şagirdi intihar etdi

Gəncə şəhər M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin VI sinif şagirdi Məmmədov Ağamir Azər oğlu bugün günorta saatlarında yaşadığı evdə özünə qəsd edərək intihar edib.

Bu barədə Gəncə - Daşkəsən Regional Təhsil İdarəsi məlumat yayıb.

Qeyd olunub ki, Ağamir Məmmədovun intihar etməsinin səbəbləri məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, ötən ay həmin məktəbin şagirdi məktəbli yoldaşını qətlə yetirib.