📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qətl, yoxsa intihar? “Lukoyl”un direktorlar şurasının sədri pəncərədən düşdü!

2022-09-01 13:14:00

Qətl, yoxsa intihar? “Lukoyl”un direktorlar şurasının sədri pəncərədən düşdü!

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, “Lukoyl” şirkətinin direktorlar şurasının sədri Ravil Maqanov Moskvadakı Mərkəzi Klinik Xəstəxananın pəncərəsindən düşərək həlak olub. Bu barədə “İnterfaks” agentliyinə məlumatlı mənbə xəbər verib.

Agentliyə məlumat verən mənbə deyib: “Bu gün səhər saatlarında Maqanov MKX-nin pəncərəsindən düşüb. Zədələnmə nəticəsində dünyasını dəyişib”.

Hadisə yerində hüquq-mühafizə orqanları araşdırma aparırlar.

Hürr Tərcüman