📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qeydiyyatsız evlərin sənədləşdirilməsinə nə zaman başlanılacaq? – RƏSMİ

2022-03-10 20:49:00

Qeydiyyatsız evlərin sənədləşdirilməsinə nə zaman başlanılacaq? – RƏSMİ

Hökumət qeydiyyatsız evlərin invertarlaşdırılması və sənədləşdirilməsi məsələsinə aydınlıq gətirib.

Bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

Qeyd edilib ki, müvafiq hüquqmüəyyənedici sənədlər olmadan inşa edilmiş yaşayış evlərinin və onların altında yerləşən qanuni əsaslar olmadan istifadə edilən torpaq sahələrinin sənədləşdirilməsi ilə bağlı qanunvericilik aktı qəbul ediləcəyi təqdirdə həmin əmlaklara dair mülkiyyət hüququ qeydiyyata alınacaq. \\APA