Qeyri-qanuni erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alınıb
2023-09-09 21:25:20
Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Bu barədə Hurriyyet.Az-a Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb.