📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzada ölən Səmanın - Fotosu

2026-02-02 14:44:55

Qəzada ölən Səmanın - Fotosu

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Hurriyyet.org “Report”a istinadən xəbər verir ki, magistralın Sumqayıt ərazisi, Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində iki avtomobil toqquşub.

Qəza zamanı 2001-ci il təvəllüdlü Ramal Cəmaləddin oğlu Mirzəyev və 2006-cı il təvəllüdlü bacısı Səma Cəmaləddin qızı Mirzəyeva hadisə yerində həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

***

“Qafqazinfo”nun məlumatına görə, qəzada faciəvi şəkildə həlak olan Səma Mirzəyeva Bakı Dövlət Universitetinin (BDU) tələbəsi olub.

Universitetdən bildirilib ki, o, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin “Dövlət və ictimai münasibətlər” ixtisası üzrə III kursda təhsil alıb.