Qəzada xəsarət alan gənc öldü
2026-10-27 22:11:01
Ötən gün Nefçala rayonunda ağır yol qəzasında xəsarət alan gənc ölüb.
Hurriyyet.net xəbər verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli müalicə aldığı rayon xəstəxanasında bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır.