"Qəzada xəstəxananı kimin hədəfə alması onun arxasında duranı üzə çıxara bilər" - ƏRƏSTUN ORUCLU
"Oranın hansı silahla vurulduğunu təsdiq etmək üçün hadisə yerində müstəqil beynəlxalq ekspertlər tərəfindən monitorinq aparılmalıdır"
"Belə bir monitorinqin həyata keçirilməsinə ən müxtəlif yollarla kim mane olacaqsa, deməli xəstəxanaya zərbə endirən də odur"
"HƏMAS-ın İsrailə hücumunun ardınca Qəzada xəstəxananın vurulması Yaxın Şərqdə böyük müharibə planı müəlliflərinin növbəti uğurlu addımıdır. Tərəflərin bir-birini ittiham etməsi də təbiidir, çünki xəstəxananı kimin hədəfə alması onun arxasında duranı, başqa sözlə müharibə planı müəllifini üzə çıxara bilər". Hurriyyet.az xəbər verir ki, bunu siyasi şərhçi Ərəstun Oruclu deyib.
Siyasi şərhçinin sözlərinə görə, indi əsas məsələ Qəzada xəstəxananın hansı silahla vurulduğunu təsdiq etmək üçün hadisə yerində müstəqil beynəlxalq ekspertlər tərəfindən monitorinqin aparılmasıdır: "Belə bir monitorinqin həyata keçirilməsinə ən müxtəlif yollarla kim mane olacaqsa, deməli xəstəxanaya zərbə endirən də odur".
Vazeh BƏHRAMOĞLU,
Hurriyyet.az