📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzada yaralanan şəxs 4 gün sonra öldü

2026-09-16 13:18:06

Qəzada yaralanan şəxs 4 gün sonra öldü

Sentyabrın 11-i Qəbələ rayonunda baş vermiş qəzada yaralanan şəxs vəfat edib.

Hurriyyet.media xəbər verir ki, Zarağan kəndi ərazisində Şakir Eyvazov idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçən Aydınqışlaq kənd sakini Heydər İsrafilovu vurub.

Xəstəxanaya yerləşdirilən 65 yaşlı H.İsrafilov dünən orada ölüb.

Araşdırma aparılır.