Qəzadan sonra suya düşdüyü ehtimal edilən şəxsin axtarışları davam etdirilir - FOTO
2023-05-29 11:41:00
Ötən gün Yuxarı Qarabağ kanalının Yevlax şəhəri, Kolanı kəndinin ərazisindən keçən hissəsində minik avtomobilinin suya düşməsi nəticəsində batdığı ehtimal olunan 2002-ci il təvəllüdlü İsmayılzadə Vəfadar Eldar oğlunun axtarışları davam etdirilir.
FHN-dən verilən xəbərə görə, axtarışlar Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilir.
Axtarış-xilasetmə əməliyyatı barədə əlavə məlumat veriləcək.
Hurriyyet.az