📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzaya uğrayan bu helikopter olub - Foto

2021-12-01 09:48:00

Qəzaya uğrayan bu helikopter olub - Foto

Xəbər verdiyimiz kimi, ötən gün DSX-nin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğrayıb və nəticədə 14 hərbi qulluqçumuz şəhid olub.

Hurriyyet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, qəzaya uğrayan Mi-17 tipli 20136 bort nömrəli helikopter bundan öncə Xəzər dənizində keçirilən taktiki təlimə cəlb olunmuşdu.

Sözügedən təlim cari ilin sentyabr ayının 13-dən 15-dək baş tutub.

Helikopterin həmin təlim zamanı lentə alınmış fotosunu təqdim edirik.