📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzaya uğrayan F-35 suyun üzərində - Foto

2022-01-29 15:46:00

Qəzaya uğrayan F-35 suyun üzərində - Foto

Bir neçə gün əvvəl Cənubi-Çin dənizində qəzaya uğrayan F-35 qırıcısının qalıqlarının hələ də suyun üzərində qaldığını əks etdirən foto paylaşılıb.

Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

100 milyon dollarlıq qırıcının qalıqlarının hələ də batmaması diqqət cəlb edib.

Fotoda təyyarənin uçuş göyərtəsinin açıq olduğu görünür.

Bildirilir ki, foto sosial şəbəkələrdə paylaşıldıqdan sonra ABŞ hökuməti araşdırma başladıb.

Qeyd edək ki, qırıcı təyyarədaşıyan gəmiyə eniş edən zaman qəza baş verib. Pilot katapult vasitəsilə sağ qalıb, 7 dənizçi isə xəsarət alıb.