Qəzaya uğrayan təyyarənin sərnişinlərindən 6-sı reanimasiyadadır - RƏSMİ
2024-12-26 10:03:01
AZAL-a məxsus olan və Bakı-Qroznı reysini yerinə yetirərkən uğrayan təyyarənin sərnişinlərindən 20 nəfərin müalicəsi Aktaudakı xəstəxanada davam etdirilir.
Hurriyyet.az xəbər verir ki, bu barədə şəhərin Administrasiyasından məlumat verilib.
Bildirilib ki, onlardan 6-sı Reanimasiya, iki nəfər isə Travmatologiya şöbəsinə yerləşdirilib.
APA