📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzet yazır, nazir susur. Bəs səbəb? - ALLAHVERDİ EMİNOV YAZIR

2021-08-10 10:39:00

Qəzet yazır, nazir susur. Bəs səbəb? - ALLAHVERDİ EMİNOV YAZIR

Mənim qeyri-müstəqillik dövrünə qayıtmağımı təsadüfi hesab etməyin, va­ris­­lik təkcə gen yaddaşı ilə qiymətləndirilmir, sosial sferalara da bilavasitə aiddir. Onu nəzərdə tuturam ki, ötən əsrin 64-cü ilindən pedaqoji fəaliyyətdəyəm. “Azər­bay­­can məktəbi”  jurnallarında (məsul katib), “Azərbaycan müəllimi” qəzetində ça­­lış­mışam (şöbə müdiri), “Maarif” tədris dövlət nəşriyyatında baş redaktor və di­rek­­tor əvəzi (1984-1992) vəzifələrində illərimi əritmişəm, otuz il ali təhsil ocaqla­rın­­da dosent vəzifələrini tutmuşam. Bunu ona görə sadaladım ki, akademik Mehdi Meh­­dizadənin Təhsil naziri olduğu dövrlərdən fəaliyyətə başlamışam. O, sözün hə­qi­­qi mənasında xalq maarifinin (təhsilinin) akademiki idi! Bu epitetdən sonra xey­li yün­günləşdim. Ona görə ki, Mehdi müəllim müsbət və mənfi işlərə reaksiya ve­rir­di.

Xatırlayıram ki, qəzetdə “Fiziklər və liriklər”, “Tədris prosesində fikri eks­pe­ri­men­tin tətbiqi” adlı məqalələrimə (1976-1977) reaksiya vermiş, qəzetin baş re­dak­to­ru, mərhum professor Şahin Səfərova demişdir ki, Allahverdi Eminov ilk də­fə qal­dırdığı mövzunu davam etdirsin... Bu, o deməkdi, Mehdi Mehdizadə mət­bua­ta də­­rin hörmət bəsləyirdi, nazir, yaxud oxucu kimi dərhal reaksiya verirdi. Bu müna­si­­bəti bir də eks Təhsil naziri, professor Misir Mərdanovun fəaliyyəti illərində (təx­mi­­nən on beş il) şahidi olmuşam. Misir müəllim tənqidə, xüsusilə operativ reaksiya ve­­rirdi. İndi bu sətirləri yazanda keçmişdə qalan xatirələri – hisslərimi yaşadım. Ne­­cə olur, Misir Mərdanovdan sonra nazir kreslosunda əyləşdirilən şəxslər onlara ün­­van­lanan məktublara reaksiya vermirlər. Ölkə Prezidentinin vəzifəli məmurlara cid­­di tövsiyə etdiyi sözlərinə diqqət ayırmırlar. Prezident İlham Əliyevin müra­ciə­ti­­dir: “...Mətbuata heç vaxt hücum etmək olmaz. Xüsusilə, dövlət işində işləyənlər tə­­rə­findən, məmurlar tərəfindən, digər vəzifəli şəxslər tərəfindən bu, yol verilməz­dir. Mən yenə deyirəm ki, özüm heç vaxt bunu etməmişəm, etmə­yə­cə­yəm də. Və bü­­tün məmurlara deyirəm ki, məndən nümunə götürsünlər”.

İqtibasın mənəvi – sosial və humanist səslənməsi təəssüf ki, Təhsil naziri, bö­­yük ümidlər bəslədiyim Emin Əmrullayevə hələ də çatmamışdır. Vaxtilə bu ya­naş­­manı sezmişdim. Ortaya yaş məsələsi atılanda təcrübəli müəllimlərin ali məktəb sis­­temində çalışan alim – pedaqoqların kütləvi təqaüdə göndərilməsi probleminin ya­­ra­nacağını hiss edən cənab Prezident vurğulamışdır ki, sağlam və məhsuldar alim­­lə­rin işləməsi məqsədəuyğundur. İş elə gətirdi bu xof mənim və həmkarlarımın ba­­şına gəldi. O vaxt 2016-cı ilin aprelində (səhv etmirəmsə) Bakı Pedaqoji Kadr­la­rın İxtisasartırma və Yenidən hazırlanma İnstitutunun dosentiydim. Təhsil nazirli­yi­­nin əməkdaşı idim (eləcə də digər elmi dərəcəsi olanlar). Nazirliyin əməkdaşı Emin Əmrullayev məni qəbul edib rəsmi bildirdi ki, Sizi də təqaüdə yola salırıq, ya­­şı­nızla bağlı olaraq. Mən ilin dörd ayında çapdan çıxmş iki monoqrafiyamı: biri uzaq bölgədə fəaliyyət göstərən istedadlı pedaqoq – müəllimə haqqında nəzəri – prak­­tik kitab idi. Bu, ilk təşəbbüs idi qələmə almışdım, ona təqdim etdim, əlinə aldı, gözu­cu nəzər yetirdi, sanki təhsil sistemində deyil, kənd təsərrüfatında işləyirdi. Oxu­­cular təsəvvürə gətirər ki, yaradıcı pedaqoqa – alimə bu soyuqluq nə demək­dir! Və özümə qaytardı, elə bil çaydan çıxarılmış ölü balıqdı! Barmaqlarım gizil­də­di. Onu xatırlatdım ki, Emin Əmrullayev, Siz cənab Prezidentin humanist addımı­nın əleyhinə çıxırsız. Mən işlədiyim illərdə bir gün də olsun büllitenə çıxmamışam və 40-cı kitabımdır, elmi məqalələrimin sayını itirmişəm. O, üzünü naməlum nöq­tə­­yə tutub: “Növbə kimindir?” – sualını verdi. Onu da xatırlatdım ki, təqaüdə gön­də­­­ri­lənlər urvatla yola salınmalıdır. Biz pedaqoqlar və əməkdaşlar yazılmamış ağ və­rəq ki­mi yumurlanıb döşəməyə atıldıq. Mən bu barədə mətbuatda geniş məqalə ilə çı­xış et­dimsə... faydasız alındı. Sən demə, ömrünü təhsilə bağışlamış alimlər, peda­qoq – mütəxəssislər diriykən “ölüm”ə beləcə yola salınırmış son təhsil nazirləri tə­rə­fin­dən.

Hörmətli nazir, Siz mötəbər vəzifəyə ölkə Prezidenti İlham Əliyevin sərən­ca­­mı ilə təyin edilmişsiz, bu isə böyük və ümidli etibardır, barı, ölkə Prezidentinin xa­­tırlatdığım ciddi rəsmi tövsiyəsinə hörmət edin, bu ki özünüzdən asılıdır. An­la­maq istəməzdim tam orta məktəbdə çalışan filologiya elmləri doktoru Sərdar Zey­na­­lovun sizə ünvanlanan haqlı şikayətinə haqsızcasına susmağınızın səbəbi nədir? Və­­zifənizin məsuliyyətini idrak etməməkmi, yoxsa ətrafınıza topladığınız bəzi mə­mu­r­ların təhsil bir yana dursun, insan faktoruna laqeydliyimi? Bəlkə üçüncü səbəb də vadır?

Mən Sərdar müəlimi uzaqdan da olsa yaxşı tanıyıram, yeganə elmlər dok­­torlarından biridir, şagirdlərə dərs deyir, çalışdığı təhsil ocağının nüfuzunu qal­dı­rır! Nazirlik fəxarət duymalıdır ki, onun sistemində baytarlıq, iqtisadiyyat, aqro­­nom­luq və sair şəxslər yox, bu sahə üzrə dilçi – filioloqlar, pedaqoqlar, riyaziy­yat­çı­lar, tarixçilər, təhsi­lə birbaşa aidiyyatı olan alim – pedaqoqlar dərs deyir. Alim üç­ün qələmi olanlara yaş senzini mütləqləşdirmək yalnız orta təhsilin inkişafı üçün çö­küşdür, uşaqların in­tel­lektual tərbiyəsi üçün mənfi münasibətdir. Pedaqogika el­min­də “nümunə” deyi­lən tərbiyə üsulu da var: şagirdlər müəlliminin elmi potensia­lın­dan ruhlansınlar, on­lardan nümunə alsınlar...

Siz elmi tədqiqatdan uzaq nazirsiz. Amma sizə qədər işləyən nazirlər (K.Rə­hi­­mov, E.Qafarova, R.Feyzullayev, M.Mərdanov) elmin qədrini bilirdilər, çünki bir fikrin, ideyanın, nəzəriyyənin, fərziyyənin tapılması, şərhi, tətbiqi imkanlarının nə olduğuna hörmət bəsləyirdilər. S.Zeynalov və onun kimi alim – müəllimlərin pe­­da­qoji və yaradıcı əməyinə hörmətlə yanaşmaq, xüsusilə nazirlik tərəfindən diq­qət­­də dayanmalıdır. Bir də tələbin mahiyyətində duran: “Elmi dərəcəsi və müxtəlif fəx­­ri adları olan pedaqoji kadrların əmək haqqı nə üçün daxili çalışanlardan az he­sab­­lanır?” iddiası ilə oynamaq nəyə lazımdır? Mən diqqəti “əmək haqqı” məsələ­si­nə yönəltmək istərdim. Məşhur fransız pedaqoqu Jan Jak Russo bu problemə – ida­rə­et­mədə maddiyyata xüsusi diqqət yetirməyi tövsiyə etmiş və yazmışdır ki: “Ən yax­­şı idarə üsulu qüvvətli idarə üsulu deyil, xalqı ən xoşbəxt olan idarə üsuludur”. Bu isə öncə maddi təminatla bağlıdır, ehtiyaclı insanın ağlına orijinal fikir (ideya) gə­­lə bilməz: bu faktdır!

Təəssüf ki, vəzifəyə gətirilən elə kadrlarla qarşılaşırıq – dünəni tamamilə unu­­dur, sanki kabinetində doğulmuş, böyümüş, bu çağına çatmışdır. Bəzi iri ka­li­bir­­­li vəzifə tutanlar mövcuddur ki, özündən aşağı təbəqədə fəaliyyət göstərənləri öz tə­­biəti ilə yaşamağa imkan yaratmırlar, əks halda xeyirxah olarlar, əsəbi hisslərinə yol verməzlər, ürəklərində birgə yaşamaq toxumu cücərər.

Mən həmişə nəsihətçilikdən qaçmağa çalışmışam, bu dəfə isə fəaliyyətinə inan­­dığım, müstəqil (fikirli, hərçənd, təqaüdə yola salmada Emin Əmrullayevdə bu his­si sezmədim) nazir kimi bəzi məqalələrimdə vurğulamışdım: ona (nazirliyə) eti­mad­la yazılan, öz təkliflərini bildirən peşəkar pedaqoqlara, müəllimlərə, alimlərə reak­siya verəcəyinə əmindim. Yanılmışam təsəvvürümdə. Təhsilin inkişafını Sizin ida­­rəetmə üsulunuza güvənmək olmaz, peşəkar pedaqoqların, mütəxəssislərin, müəl­­lim­lərin və valideynlərin yazdıqlarına münasibət bildirilməlidir. Hər halda on­lar (bu sətirlərin müəllifi də) mono düşüncənizdən yuxarıda dayanır, dəyərli tək­lif­lə­ri nə­zərə almaq isə fayda gətirər.

Mən “Hürriyyət”də dərc olunana “Müəllimlərin işə qəbulunda biabırçı mən­zə­­rə” məqaləsi haqqında qısa da olsa fikrimi gizlətməyəcəyəm: Tənqiddə göstəril­di­­yi kimi, bu üsul tamamilə absurd bir yoldur və təzə (yeni) deyildir. Bir neçə ya­zım­­da vurğulamışam və bir mühüm faktı misal gətirmişdim. Məsələn: Ali Pedaqoji təh­­silli məzun universitetdə (yaxud institutda) 4-5 il oxuyub ixtisas fənlərindən za­çot və imtahan verir, professor – müəlimlərdən biliyi qiymətləndirilir. Dövlət (ya­xud buraxılış) imtahanından sınaqdan keçir, pedaqoji savadını nümayiş etdirir. Döv­­lət imtahanına düşən müəllim heyətini universitetin rektoru təsdiq edir Elmi şu­­ra­da. Dövlət imtahan komissiyası sədrini isə Təhsil naziri rəsmiləşdirir. Bu mər­hə­lə­­­lər ciddi və inamlı imzalarla şərtlənir. Paradoksa baxın: hörmətli nazir, bu im­za­lardan biri sizindir, yəni mövcud nazirindir, elə isə az – çox pedaqoji təcrü­bə­yə ma­lik müəllimlərə etimadsızlıq göstərib dolaşıq, bilərəkdən mücərrəd, utanc gəti­rən sualları, “dəmir müəllimin” ixtiyarına buraxmaqla tale həll etmək nə dərəcədə əda­­lət­lidir? Yaxud, hələ pedaqoji işinə başlamayan gəncin taleyini testlərə tapşır­maq yal­nız süni – şəxsi məqsədlər üçün hesablanmışdır. Sual olunur: Dörd – beş il ali pe­daqoji təhsil alan, onu auditoriyaya gətirən həvəsli, müəllim olacaq arzulu gən­cin ta­leyilə oynamaq deyilmi? Əksinə, ona işləyəcəyi məktəbdə Təhsil Nazirliyi şə­rait ya­ratmalı, təcrübəli müəllimlərdən biri ona həvalə edilməlidir, məccani ol­ma­maq şərtilə. Bəzi sivil ölkə məktəblərində bu üsul on illərdir tətbiqini tapmışdır. Məgər “çıx­daş” hesab olunan təcrübəli müəllimi məktəbə dəvət edib gənc müəl­li­mi ona tap­şırmaq məqsədəuyğun deyilmi? Dövlətimiz təhsilə milyonlarla vəsait (pul) ayı­rır, bəzi direktorlar o pulu sovurmaq həvəsinə düşürlər. Təhsil nazirliyi bu mə­sul işi hökumət rəhbərliyi ilə birgə müzakirə edib qanuniləşdirməlidir. Müəl­lim­lə­rin işə qəbulunun belə bir sistemi ləğv edilməlidir, ixtisaslara süni yolla nail ol­ma­ğa eh­tiyac yoxdur. Bir tələbənin aldığı təhsilə nə qədər pul xərclənir! Sonu da get, ha­zır­laşıb  “dəmir müəlliməs” imtahan verərsən! Paradoks!

Qaldı mətbuata qarşı laqeydlik göstərmək probleminə – keçmiş mətbuat işçi­si, jurnalist kimi – nazir üçün problem yaradır. “Hürriyyət” qəzetinin səhifələrində dərc olunan məqalələr yalnız Milli təhsilimizin inkişafına xidmətdən irəli gəlir. Bə­zi qəzetlərdən fərqli olaraq “Hürriyyət”çilər laqeydliyə son dərəcə həssasdırlar, ak­tual mövzuları diqqətdə saxlayırlar...

Təhsil naziri Emin Əmrullayev!

Sizə gənc demək olmaz, amma fəaliyyətinizdə gəncsiz, bəlkə də müstəqil de­­yilsiz, “yuxarı”larla da “dil” tapmaqda çətinlik çəkirsiz, belə olmuş ki, milli təh­si­­limiz millilikdən uzaqlaşmaqdadır, xarici təhsil strukturlarının təsiri altındadır, on­­lar heç bir dövrdə islam Şərqinins təlim – tərbiyə dəyərlərilə barışmamışlar. Gənc­­lə­rin humanist formalaşmamasında tərbiyə anlayışını rədd etmişlər, intellekti fe­ti­ləş­ləşdirmişlər. Unutmayaq ki, tarixən qan tökən, özgə torpağına göz dikən döv­lət baş­çıları intellektual olmuşlar, tərbiyəli olmamışlar. I Pyotr, Napaleon, Le­nin, Hit­ler və başqalarının qanla yoğrulmuş iddialarını yada salmaq kifayətdir...

Yaşlı pedaqoqlara, müəllimlərə pıçıldayırdım ki, Ölüm qocalığın nəticəsi de­yil, unutqanlığın nəticəsidir.

 

Allahverdi Eminov

30.07.2021