📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzza dəhşəti rəqəmlərdə

2024-01-19 17:53:37

Qəzza dəhşəti rəqəmlərdə

Hurriyyet.az xəbər verir ki, Qəzza sektorunda  həlak olanların sayının 24 762 nəfərə çatdığı bildirilir.
Bu rəqəmi Qəzzanın Səhiyyə Nazirliyi açıqlayıb.
Açıqlamada son sutka ərzində azı 142 fələstinliyinin həlak olduğu, 278 nəfərin yaralandığı deyilir. Yaralıların ümumi sayının 62108 nəfərə çatdığı bildirilir. 
Dağıntılar altında çox sayda insan qalıb. Onların da həyatlarını itirdikləri güman edilir.
Hürr Tərcüman