Qəzza əhalisinin 96 faizi qıtlıqla üz üzə qalıb
2024-06-25 21:00:02
İsrailin hücumu altında olan Qəzza zolağında ərzaq təhlükəsizliyi ilə bağlı vəziyyətlə bağlı yaxın günlərdə açıqlanması gözlənilən hesabatdan bəzi mühüm detallar IPC saytında paylaşılıb.
Saytda yer alan məlumatda Qəzzada yüksək qıtlıq riskinin davam etdiyi vurğulanıb. Qeyd edilib ki, 2024-cü ilin sentyabrına qədər Qəzza əhalisinin təxminən 96 faizi olan 2,15 milyon insan həddindən artıq qıtlıqla üz üzə qalacaq.
Məlumatda bildirilib ki, bütün Qəzza zolağı İPM-də 4-cü “fövqəladə vəziyyət” mərhələsinə aid edilib.