📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzza faciəsi – minlərlə ölü, itkin, yaralı var...

2023-12-07 13:10:01

Qəzza faciəsi – minlərlə ölü, itkin, yaralı var...

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Fələsətinin Səhiyyə Nazirliyi İsrailin Qəzzaya hücumu nəticəsində 16 min nəfərin həlak olduğunu, 7 min nəfər yaralının ağır vəziyyətdə olduğunu bildirib.

Nazirliyin təmsilçisi “Əl Qahirə əl İxbariyyə” telekanalına açıqlamasında deyib: “Anklavın şimalında 800 min nəfərə qədər insanı tibbi yardım imkanından məhrum edilib”.

Fələstin Qırmızı Aypara cəmiyyətinin nümayəndəsi isə Qəzzada səhiyyə sisteminin tamamilə dağıdıldığını, mənsub olduğu cəmiyyətin 280 nəfər əməkdaşının bombardmanlar və atəş açılması nəticəsində həlak olduğunu söyləyib.

Səhiyyə Nazirliyi müharibə alovlanandan bəri həlak olmuş 16 min nəfərdən artıq insanın 7 min nəfərdən çoxunun uşaq, 5 min nəfərə yaxınının isə qadın olduğunu bildirib. İndiyə qədər 7,6 min nəfərdən artıq insan itkin düşüb. 42 min nəfərdən çox adam yaralanıb.

Hürr Tərcüman