Qəzza ilə bağlı danışıqlar başlandı
2024-08-15 16:23:36
Hurriyyet.az xəbər verir ki, Qətərin paytaxtı Doha şəhərində Qəzza bölgəsində atəşkəs əldə edilməsi üçün danışıqlar başlanıb. Məşvərətdə Misir, Qətər, ABŞ və İsrail nümayəndələri iştirak edirlər. Bu barədə "Sky News Arabia" telekanalı məlumat verib.
Danışıqlarda Fələstinin HƏMAS təşkilatının təmsilçilərinin iştirak edib-etmədiyi barəsində məlumat verilmir.
Hürr Tərcüman