📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzza ilə bağlı danışıqlar ürəkaçan deyil - Qətər XİN

2024-02-17 23:53:32

Qəzza ilə bağlı danışıqlar ürəkaçan deyil - Qətər XİN

HƏMAS hərəkatının Qəzza zolağında saxladığı israilli girovların azad edilməsi ilə bağlı aparılan danışıqlardakı vəziyyəti o qədər də ürəkaçan deyil.

Bunu Qətərin hökumət başçısı, xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman əs-Sani deyib.

"Qəzzadakı vəziyyətin nizamlanması üzrə danışıqların humanitar hissəsində bəzi fikir ayrılıqları qalmaqdadır və vaxt bizim tərəfimizdə deyil. Son bir neçə gündə danışıqlarda vəziyyət o qədər də ürəkaçan deyil", - nazir bildirib. \\Ölkə.az