Qəzza ilə bağlı dəhşətli statistika - 73 419 ÖLÜ, 174 364 YARALI
2026-08-23 13:11:26
İsrailin 2023-cü ilin oktyabrından etibarən Qəzza zolağına hücumları nəticəsində ölənlərin sayının 73 419-a, yaralananların sayının isə 174 364-ə çatıb.
Hurriyyet.media xəbər verir ki, bu barədə Qəzzə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 48 saat ərzində Qəzzadakı xəstəxanalara 2 ölü və 4 yaralının gətirilib.
Bundan əlavə, Qəzzada 2025-ci il oktyabrın 10-da atəşkəs qüvvəyə mindikdən bu yana İsrailin hücumları nəticəsində 1 285 nəfərin öldüyü, 4 252 nəfərin yaralandığı, dağıntılar altından isə 813 nəfərin meyitinin çıxarıldığı qeyd olunub.