Qəzza İsraili, İsrail də Qəzzanı vurdu
2022-07-16 10:46:00
Hurriyyet.az “Yeni Akit” nəşrinə istinadla xəbər verir ki, İsrail qırıcılarının Qəzzanın cənub-qərbində Həmasa məxsus məntəqəni vurduğu xəbəri yayılıb.
İsrail ordusunun yazılı açıqlamasında hərbi təyyarələrin Həmasa məxsus yeraltı raket emalatxanasını hədəfə aldığı bildirilir.
Hücumun gecə Qəzzadan İsrailə atılan raket zərbələrinə cavab olduğu xəbər verilir.
Ölənlər və ya yaralananların olub-olmadığı barəsində məlumat yoxdur.
Hürr Tərcüman