Qəzza yer üzündən silinir: İsrail 1,1 milyon insana 24 saat vaxt verdi
Birləşmiş Millətlər Təşkilatının bəyanatında deyilir ki, İsrail ordusu Qəzzadakı təxminən 1,1 milyon fələstinlinin yaxın 24 saat ərzində bölgənin cənubuna köçürülməsi barədə məlumatlandırıb.
Hurriyyet.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik məsələ ilə bağlı yazılı açıqlama verib.
Dujarrik bildirib ki, İsrail ordusu gecə yarısından az əvvəl Qəzzadakı Humanitar Məsələlər üzrə Koordinasiya və Təhlükəsizlik İdarəsinə məlumat verib:
“Bu çərçivədə Qəzzadakı 1,1 milyon mülki vətəndaş bölgənin cənubuna köçməlidir. Bu, BMT-nin əməkdaşlarına və məktəblərdə və sağlamlıq mərkəzlərində qalan insanlara da aiddir. Qəzza əhalisi oranı tərk etməsə, daha çox itkilər olacaq. BMT İsrail ordusunun bu istiqamətdə göstərişinə qəti şəkildə qarşı çıxır və onun ləğvini tələb edir. Bu olanlar yalnız faciədir".
publika.az