Qəzza zolağından İsrailə raket atıldı
2023-02-12 00:14:00
Fevralın 11-də İsrailin hava hücumundan müdafiə sistemi Qəzza zolağından fələstinli yaraqlıların atdığı raketi ələ keçirib.
Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
“Qəzza zolağından raket atılıb, raket İsrail Müdafiə Qüvvələrinin hava hücumundan müdafiə sistemi tərəfindən ələ keçirilib”, - məlumatda qeyd olunub. \\Redaktor