📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzada bu günədək ölənlərin sayı 37 min 953-ə yüksəlib

2024-07-03 15:17:47

Qəzzada  bu günədək ölənlərin sayı 37 min 953-ə yüksəlib

Qəzzada Fələstin Səhiyyə Nazirliyi tərəfindən edilən yazılı açıqlamada İsrailin Qəzza zolağına 271 gündür hücumları ilə bağlı məlumat verilib.

İsrail ordusunun son 24 saat ərzində Qəzzanın müxtəlif bölgələrində 3 "qırğın" həyata keçirdiyi və bu hücumlarda daha 28 fələstinlinin həyatını itirdiyi, 125 fələstinlinin isə yaralandığı bildirilib.

Qeyd edilib ki, İsrailin 7 oktyabr 2023-cü ildən etibarən Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayı 37 min 953-ə, yaralıların sayı isə 87 min 266-ya yüksəlib.

Bəyanatda dağıntılar altında və yol kənarında hələ də cəsədlərin olduğu, lakin İsrailin maneələri üzündən tibb qrupları və mülki müdafiə səlahiyyətlilərinin cəsədlərə çata bilmədiyi də təkrarlanıb.