📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzada aclıqdan ölənlərin sayı artdı

2025-10-03 18:17:06

Qəzzada aclıqdan ölənlərin sayı artdı

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, mühasirədə qalmış Qəzza zolağında aclıqdan ölən fələstinlilərin sayı 457 nəfərə çatıb. 
Bu barədə Fələstin Səhiyyə Nazirliyinin Qəzza şöbəsi məlumat verib. Məlumatda son 24 saat ərzində biri uşaq olmaqla, 2 nəfərin aclıqdan öldüyü bildirilir. 2023-cü ilin oktyabrından bəri Qəzzada 457 nəfərin aclıqdan həyatını itirdiyi, onlardan 152 nəfərinin uşaq olduğu xəbər verilir. 
Hürr Tərcüman