📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzada atəşkəsin müddəti uzadıla bilər

2023-11-29 12:18:42

Qəzzada atəşkəsin müddəti uzadıla bilər

Hurriyyet.az xəbər verir ki, İsrail hökuməti ilə HƏMAS hərəkatı arasında humanitar atəşkəsin müddətini daha iki-üç gün uzatmaq barəsində ilkin razılaşma əldə edilib. Bu barədə məlumatı “Əl Arabi Əl Cədid” adlı ərəb qəzeti Misirdəki adı açıqlanmayan vəzifəli mənbələrə istinadla verib. Materialda bildirilir ki, danışıqlarda Qahirədən və Vaşinqtondan olan nümayəndələr, Qətər diplomatları da iştirak ediblər.

Hürr Tərcüman