Qəzzada ərzaq və su ehtiyatları tükənir
2023-10-25 21:21:48
Qəzzada vəziyyət ağırdır
Hurriyyet.Az xəbər verir ki, BMT-nin Ümumdünya Ərzaq Proqramı X şəbəkəsində Qəzzada su və qidanın tükəndiyini bildirib.
"Ərzaq və su ehtiyatları tükənir, köçkünlər üçün sığınacaqlar doludur, yanacaq və ya elektrik yoxdur, tibbi xidmətlər iflic vəziyyətindədir. İordan çayının qərb sahilində [İordan çayı]) vəziyyət pisləşir, Yemək kifayət deyil”, - təşkilat sosial mediada yazıb.