Qəzzada həlak olanların sayı 9 min nəfəri keçib
2023-11-02 15:57:09
Hurriyyet.az xəbər verir ki, “Əl Cəzirə” telekanalı Qəzza bölgəsinin Səhiyyə Nazirliyinə istinadla Fələstin-İstrail münaqişəsi nəticəsində anklavda həlaj olanların sayıtının 9 min nəfəri keçdiyini bildirib.
Açıqlamada deyilir: “Qurbanların sayı 9061 nəfərə çatıb. Onlardan 3 760 nəfəri uşaq, 2 326 nəfəri qadındır. Yaralıların sayı isə 32 min nəfərə çatıb. Dağntılar altında 2060 nəfərin itkin düşdüyü barəsində məlumatımız var”.
Qəzzanın Səhiyyə Nazirliyinin bəyanatında deyilir: “Bütün tərəfləri Qəzzaya təcili tibbi yardım göstərməsi üçün təhlükəsiz dəhliz açılmasını təmin eləməyə çağırırıq”.
Hürr Tərcüman