Qəzzada həlak olmuş uşaqların sayı açıqlandı – 3 həftə ərzində...
Hurriyyet.az xəbər verir ki, “Uşaqların xilası” (Save the Children) beynəlxalq xeyriyyə təşkilatı son 3 həftə ərzində Qəzza bölgəsində həlak olan uşaqların sayı ilə bağlı açıqlama verib. Təşkilatın məlumatına görə, oktyabrın 7-dən bəri münaqişə nəticəsində 3 257 nəfərdən artıq uşaq həlak olub. Onlardan azı 3 195 nəfəri Qəzzada, 33 nəfəri İordan çayının qərb sahilində, 29-u isə İsraildə öldürülüb.
Təşkilat Qəzza ilə İsrailin səhiyyə nazirliklərinin məlumatlarına istinad edib.
“Uşaqların xilası” təşkilatının saytında yerləşdirilən məlumata görə, Qəzzada son 3 həftə ərzində həlak olan sayı son 3 ildə dünyanın 20-dən artıq ölkəsindəki münaqişə zonalarında hər il qətlə yetirilən uşaqların sayından çoxdur.
BMT-nin Baş katibinin silahlı münaqişələr və uşaqlar barəsində son illərdəki illik hesablama məlumatlarına görə, 2022-ci ildə dünyanın 24 ölkəsində 2 985, 2021-ci ildə 2 515, 2020-ci ildə isə 22 ölkəsində 2674 uşaq silahlı münaqişələrdə həlak olub. “Beləliklə, Qəzza bölgəsində cəmi 3 həftə ərzində öldürülmüş uşaqların sayı, son 3 ildə bütün dünyada (20-dən artıq ölkədə) hər il silahlı münaqişələrdə həlak olan uşaqların sayından çoxdur”.
Hürr Tərcüman
.png)