Qəzzada humanitar atəşkəsin təminatçısı olan dövlətlərin adı açıqlanıb
2023-11-24 10:17:22
Hurriyyet.az xəbər verir ki, HƏMAS təşkilatının Qəzza sektorundakı xarici əlaqələr şöbəsinin başçısı Bəsim Naim “Əl Ərabi” telekanalının efirindəki çıxışında humanitar atəşkəsin təminatçısı olan ölkələrin adını açıqlayıb.
Bəsim Naim deyib: “Bu danışıqlarda iştirak eləmiş Qətər, Misir və ABŞ dövlətləri Qəzzadakı humanitar atəşkəsə riayət edilməsinin təminatçılarıdırlar”.
Hürr Tərcüman