Qəzzada ölən jurnalistlərin sayı açıqlandı - hər 10 nəfərdən biri qadındır
Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 2023-cü il oktyabrın 7-dən - münaqişənin alovlandığı gündən bəri Qəzza bölgəsində 109 nəfər qədər jurnalist öz peşə vəzifəsini həyata keçirərkən həlak olub, onlardan 11 nəfəri qadındır. Bu barədə məlumatı Qəzzada Kütləvi İnformasiya Vasitələri ilə İş İdarəsi verib.
Son olaraq “Əl Cəzirə” telekanalının çəkiliş qrupunun üzvləri İsrailin anklava zərbələri zamanı həlak olublar. Həlak olanlardan biri “Əl Cəzirə” telekanalının müxbiri Vael əl Dahduhun oğlu Həmzədir. Mərhum Həmzənin anası, bacısı və qardaşı oktyabrın 25-də İsrailin zərbələri zamanı həlak olublar.
Qətər telekanalının əməkdaşı Mustafa Surya da Qəzzanın Xan Yunis şəhərində, avtomobilə düşən mərmi səbəbindən həlak olub.
Hürr Tərcüman
