📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzada ölənlərin sayı 24 minə çatır

2024-01-12 21:07:36

Qəzzada ölənlərin sayı 24 minə çatır

Oktyabrın 7-dən bəri Qəzza zolağında ölənlərin sayı 23708-ə çatıb.

Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb.

Məlumata görə, yaralananların sayı isə 60005 nəfərdir.

Səhiyyə qurumu bildirib ki, son 24 saat ərzində İsrailin zərbələri nəticəsində 151 fələstinli ölüb, 248 nəfər yaralanıb. Təxminən 7000 nəfərin dağıntılar altında itkin düşdüyü və öldüyü ehtimal edilir, lakin onlar rəsmi ölənlərin sayına daxil edilmir.\\Metbuat.Az