Qəzzada ölənlərin sayı açıqlanıb
2024-02-28 17:47:23
Hurriyyet.az "Anadolu Agentliyi"nə istinadla xəbər verir ki, oktyabrın 7-dən bəri Qəzza bölgəsində həlak olanların sayı 29,8 min nəfəri keçib.
Son sutka ərzində İsrailin hücumları nəticəsində bölgənin 96 sakini həlak olub, 172 nəfər yaralanıb.
Qəzza sektorunun Səhiyyə Nazirliyinin məlumatına görə, ümumilikdə 29878 nəfər həyatını itirib, 70215 nəfər yaralanıb.
İsraildə həlak olanların sayı 1200 nəfərə yaxındır.
Hürr Tərcüman