Qəzzada uşaq iflicinə səbəb olan virus aşkar edilib
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Qəzza bölgəsindəki tullantı sularında uşaq iflicinə səbəb olan virus aşkar edilib. Bu barədə bölgənin Səhiyyə Nazirliyi məlumat verib. Virus Qəzzanın Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaqlara Yardım Fondunun (YUNİSEF) birgə araşdırması zamanı aşkar edilib.
Açıqlamada infrastrukturun dağıdılması səbəbindən əhalinin yaşadığı yerlərdə və çadırlar arasında axan kanalizasiya surlarında uşaq iflicinə səbəb olan virusun aşkar edildiyi və minlərlə insanın bu virusa yoluxmaq təhlükəsi qarşısında qaldığı bildirilir.
Suların azlığı və kanalizasiya sularına qarışması, tonlarla məişət tullantısının toplanması və bölgənin mühasirədə qalması səbəbindən təmizlik vasitələrinin əlçatmaz olmasının sağlamlıq sahəsində fəlakətli nəticələrə səbəb olacağı barəsində xəbərdarlıq edilib.
Açıqlamada Qəzzaya hücumların dərhal dayandırılması, təmiz suyun təmin edilməsi, kanalizasiya xətlərinin təmir edilməsi və qaçqınların yaşadığı yerlərdəki əhali sıxlığının azaldılması üçün tədbirlər görülməsi çağırışları edilib.
Hürr Tərcüman