Qəzzadakı münaqişə başlanandan bəri BMT-nin 101 nəfər əməkdaşı həlak olub
2023-11-14 11:49:08
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Qəzza zolağında həlak olan BMT əməkdaşlarını yad eləmək üçün Birləşmiş Millətlər Təşkilatının bütün dünyadakı ofislərində qurumun bayraqları yarıya qədər endirilib.
Oktyabtın 7-dən bəri Qəzzada BMT-nin Yaxın Şərq Agentliyinin Fələstin qaçqınlalarına yardım və işlərin təşkili idarəsinin 101 nəfər əməkdaşı həlak olub. Təşkilatın tarixində ilk dəfədir ki, belə qısa müddət ərzində bu qədər böyük sayda əməkdaş həyatını itirib.
BMT-nin Baş katibi Antonio Quterreş bütün dünyadakı BMT əməkdaşlarını bir dəqiqəlik sükutla öz həmkarlarını yad etməyə çağırıb.
Hürr Tərcüman