Qəzzadan atılan raket Təl-Əviv yaxınlığına düşdü
2022-01-01 15:05:00
İsrail ordusu Qəzzadan iki raket atıldığı haqda məlumat yayıb.
Hurriyyet.az Axar.az-a istinadən xəbər verir ki, raketlərin Təl-Əviv yaxınlığına düşdüyü bildirilib.
“Bu gün səhər Qəzza sektorundan atılan iki raket Təl-Əviv yaxınlığında sahilə düşüb”, - məlumatda qeyd edilib.
Ordudan bildirilib ki, mövcud protokola əsasən, hava həyəcanı işə düşməyib və raketlərin vurulmasına ehtiyac olmayıb.