📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzadan İsrail ərazisi raket zərbələri ilə vuruldu - Video

2023-10-07 10:07:24

Qəzzadan İsrail ərazisi raket zərbələri ilə vuruldu - Video

Bu gün səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər.

Hurriyyet.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Son yarım saat ərzində Qəzza zolağından İsrail ərazisinə raketlər atılıb. İsrailin cənub və mərkəzi hissələrində yaşayan sakinlərinə mühafizə olunan ərazilərdə qalmaları və Daxili Cəbhə Komandanlığının göstərişlərinə əməl etmələri tövsiyə olunur”, - məlumatda qeyd edilib.

Eyni zamanda vurğulanıb ki, bir çox şəhərlərdə təhlükə səbəbindən həyəcan siqnalı verilib.

axar.az