Qəzzalıların rifahı olan “Rəfah” - Niyə bu qədər əhəmiyyətlidir?
Xəbər verdiyimiz kimi, həftələrlə davam edən gərgin danışıqlardan sonra Misir, İsrail və ABŞ Qəzza zolağında yaşayan əcnəbilər üçün dəhliz açmaq barədə razılığa gəldilər. Bununla da artıq Misir “Rəfah” nəzarət-buraxılış məntəqəsi vasitəsilə Qəzza zolağından 400-ə yaxın əcnəbi vətəndaşı qəbul etməyə hazırlaşır.
Başqa sözlə desək, bu sərhəd qəzzalıların sığınacaq yeri oldu. Bəs, hazırda “Rəfah”da vəziyyət necədir?
Hurriyyet.az xarici mətbuata istinadən bu barədə bilməli olduğumuz məlumatı təqdim edir:
Misirin Sinay yarımadasının şimalında yerləşən "Rəfah" keçidi Qəzza ilə Misir arasındakı yeganə sərhəd keçid məntəqəsidir. O, Qəzzanı Sinay səhrasından ayıran 8 mil (12,8 kilometr) ərazidə yerləşir.
Bura 1948-ci il Ərəb-İsrail müharibəsində Misirin nəzarəti altına düşsə də, 1967-ci il müharibəsində İsrail tərəfindən tutulub. 2007-ci ildə isə bu zolağı Həmas ələ keçirib. Araşdırmalara görə, 2 ildə gündə orta hesabla 1500 nəfərin olduğu keçiddən təxminən 450000 sərnişin istifadə edib.
"Rəfah" keçidi o vaxtdan sıx nəzarət altındadır. Məhdud giriş və Misirə keçmək istəyən fələstinlilərdən tələb olunan uzun təhlükəsizlik prosedurları da bunun üçün idi.
Lakin HƏMAS-ın 7 oktyabr hücumundan sonra ərazi ilə keçidlər bağlandı. Humanitar vəziyyət pisləşdikcə isə buranın həlledici nüfuzu artmağa başladı. Çünki sərhəd nəzarət-buraxılış məntəqəsi açıq olmadan yardım maşınları Qəzzaya daxil ola bilmirdi. Bir neçə həftədən sonra yardım maşınlarının Qəzzaya daxil olması üçün sərhəd qismən açıldı. Bununla da yaralılar tez bir zamanda Misirdəki xəstəxanalara aparıldı.
Fələstin tərəfinin rəsmi məlumatına görə, bu sərhəd yolu ilə artıq 110 xarici vətəndaş Qəzzanı tərk edib. Lakin bu əcnəbilərin Misirə keçib-keçmədiyi hələ dəqiq deyil.
BMT-nin bu ilin iyul ayına qədər olan məlumatıan əsasən, hər ay orta hesabla 27000 insan sərhədi keçib. Sərhəd bu il 138 gün açıq, 74 gün isə bağlı qalıb. Bağlanmalar isə çox vaxt ərazidəki təhlükəsizlik və siyasi vəziyyətdən asılı olub.
Lakin hazırda Qəzzadakı yaralılar müalicə üçün bu sərhəd məntəqəsindən Misirə aparılır