📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzanın qanlı statistikası təzələnib

2024-01-15 14:26:26

Qəzzanın qanlı statistikası təzələnib

Hurriyyet.az xəbər verir ki, Qəzzada ötən ilin 7 oktyabr tarixindən bəri alovlanan münaqişədə azı 24100 nəfər həlak olub. Bu barədə bölgə rəhbərliyinin mətbuat xidməti "Teleqram" kanalında məlumat verib. Açıqlamada ümumilikdə 60834 nəfərin zərər çəkdiyi bildirilir. Son sutka ərzində 132 nəfərin həlak olduğu, 252 nəfərin yaralandığı xəbər verilir. Həlak olanların əksəriyyətinin nəşi hələ də raket atəşlərindən uçmuş binaların dağıntıları altında və Qəzzanın yollarında qalmaqdadır. Xilasedicilər və yerli hakimiyyətin mülki müdafiə xidmətləri onlara yaxın düşə bilmirlər.
Hürr Tərcüman