📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzaya 7 milyard ayrıldı

2026-02-19 20:35:48

Qəzzaya 7 milyard ayrıldı

ABŞ Prezidenti Donald Tramp bir neçə ölkənin Qəzza zolağına 7 milyard dollarlıq yardım paketi ayırdığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Amerika lideri Sülh Şurasının Vaşinqtonda keçirilən ilk iclasında deyib.

“Mən Qazaxıstan, Azərbaycan, BƏƏ, Mərakeş, Bəhreyn, Qətər, Səudiyyə Ərəbistanı, Özbəkistan və Küveytin birgə yardıma 7 milyard dollardan çox töhfə verdiyini elan etməkdən məmnunam. Bu, çox gözəldir", - Tramp bildirib.