📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Qəzzaya gedəcəyəm" - Ərdoğan ELAN ETDİ

2025-10-11 19:07:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rizənin İsmail Kahraman Mədəniyyət Mərkəzində hakim Ədalət və İnkişaf Partiyasının (AKP) genişləndirilmiş məclis toplantısında çıxış edib.

Türkiyə lideri çıxışında Qəzza mövzusuna toxunub və İsrailin imzasının arxasında durmalı olduğunu vurğulayıb.

Ərdoğan həmçinin Fələstinə dəstək verəcəklərini bildirib.

Salondakıların “Rəis, bizi Qəzzaya apar” şüarlarına cavabında isə Ərdoğan deyib:

“Əvvəlcə Qəzzaya mən gedəcəm, sonra siz”. \\Musavat.com