📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Qəzzədə atəşkəs olmazsa bir nəsili itirəcəyik

2024-06-14 10:47:43

Qəzzədə atəşkəs olmazsa bir nəsili itirəcəyik

Hurriyyet.az xəbər verir ki, Birləşmiş Millətlər Yaxın Şərqdə Fələstin məcburi köçkünlərinə Yardım və İnkişaf Agentliyi (UNRWA) Baş Komissarı Lazzarini, X hesabından etdiyi açıqlamada, münaqişə və döyüş zamanlarında ilk və ən çox əzab  çəkənlərin uşaqlar olduğuna diqqət çəkərək Qəzzə'də də vəziyyətin fərqli olmadığını bildirdi.Uşaqların dünyanın heç bir yerində heç bir uşağın görməməli və yaşamaması lazım olan hadisələri yaşadıqlarına diqqət çəkən UNRWA-nın Baş Komissarı çoxlu sayda insanın öldüyünü və yaralandığını, sağ qalanların isə dərin travmalar yaşadığını qeyd edib.

O bildirib ki, İsrailin hücumları nəticəsində uşaq məktəbləri dağıdılıb və onlar bütün tədris ilini təhsilsiz və oyunsuz keçiriblər.Hücumların Qəzzadakı uşaqların uşaqlıqlarını qarət etdiyini və atəşkəs çağırışını etdiyini bildirən Lazzarini, Qəzzada atəşkəs olmasa, bir nəsilin itiriləcəyi ilə bağlı xəbərdarlıq edib.İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ən az 15 min 517-si uşaq, 10 min 279-u qadın olmaqla 37 min 232 fələstinli həlak olub, 85 min 37 nəfər isə yaralanıb.Dağıntılar altında hələ də minlərlə ölü olduğu bildirilərkən, insanların sığındığı xəstəxana və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur da məhv edilir.