Qırğız hərbçiləri Qazaxıstandan bu tarixdə çıxacaq
2022-01-13 12:15:00
KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasında iştirak edən qırğız hərbçiləri yanvarın 14-də vətənlərinə qayıdacaqlar.
Hurriyyet.az xəbər verir ki, bu barədə Qırğızıstan Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, KTMT-nin Qazaxıstandakı sülhməramlı missiyasına 150 Qırğızıstan hərbçisi və 19 texnikası qatılıb. Onlar Almatıda strateji obyektlərin mühafizəsini öz üzərinə götürüblər.